Menu
Sənin kartın

Chanel

Chanel

Dəb həvəskarlarının içində Chanel brendini bəyənməyən çox az adam olar. Brendin yaradıcısı Gabriel Chanel özünə güvənən, zərif zövqü olan, kompromissə getməyən xarakteri ilə XX əsrin dəb anlayışı dəyişmişdir. İlk olaraq dərzi kimi çalışan Chanel, 1909-cu ildə Fransaya köçmüş və burada 1910-cu ildə öz biznesinə başlamışdır. İlk zamanlar butiklərində papaq və saç aksessuarları təqdim edən Gabriel, auditoriya tərəfindən sevilmir. Chanel uzun narahat geyimlərə, göstərişli papaqlara qarşı idi. Onun dizayn etdiyi papaqlar kifayət qədər kiçik, geyimləri bol, narahat etməyən uzunluğa malik olur və bu, fransız xanımlarına qeyri-adi görünür. Belə dizaynlı geyimlərlə “Dəb rahatlığı sevir” anlayışını Chanel yaradır.

Chanel-in dəb aləminə gətirdiyi yeniliklər Fransa ilə məhdudlaşmır, markanı bütün Avropada məhşur edir. 1921-ci ildə Chanel butiklərində geyim və aksessuarlardan əlavə Chanel No5 adlı ətir təqdim olunur. Parfümer Ernest Boo tərəfindən Chanel üçün hazırlanan parfüm, bu gündə aktuallığını itirməyib. Hətta hər 30 saniyə ərzində bu parfümün bir flakonu satıldığı bildirilir.

Son günlərinə kimi işləyən Chanel 1971-ci ildə vəfat edir. Gabriel dünyanın ən nüfuzlu qadınlar siyahısında mövqe tutur, hansı ki, indiyədək heç bir qadın dizayner o şərəfə nail olmamışdır.

1983-cü ildə firmaya Karl Lagerfeld kreativ direktor təyin olunur. 2019-cu ilədək fəaliyyət göstərən Karl, sözügedən ildə vəfat edir. Virginia Viard bu gün şirkətin kreativ direktoru vəzifəsində çalışır. 

Brend: Chanel
Chanel Vive - Qadınlar üçün nəzərdə tutulmuş, çiçəkli, odunsu-müşk ətirlər qrupuna aid olan ətirdir. Ətir 2015-ci ildə istehsal edilmişdir. Parfümer: Olivier Polge.(Qırmızı portağal, Qreypfrut və Sitrus bitkisi) (Jasmin və Ağ müşk;) (Vetiver, Ağ sidr və Süsən.) ..
14,99AZN Vergiler Hariç:14,99AZN
Gösterilen: 25 ile 25 arası, toplam: 25 (3 Sayfa)