Menu
Sənin kartın

Qaydalar və şərtlər

Portaldan İstifadə Qaydaları
“emmiparfum.com - Portal” “EMMI Perfumery and Cosmetics” MMC-yə məxsus olan www.emmiparfum.com ünvanında fəaliyyət göstərir. Biz, bu portaldan istifadə edən istifadəçilərə öz şəxsi istəkləri əsasında onlayn alış veriş xidmətlərindən yararlana bilərlər. Portala daxil olaraq xidmətlərdən istifadə edərkən, siz, hazırki İstifadə Qaydalarına və portalda olan bütün digər şərtlərə və qaydalara əməl etməyə razılaşırsınız. Portalın xidmətlərindən istifadə edərkən bu İstifadə Qaydalarına əməl etmədiyiniz təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyət daşıyırsız.

Online alış veriş xidmətləri
“emmiparfum.com” portalı vasitəsilə xidmətlər göstərən peşəkar mütəxəssislər ümumilikdə “www.emmiparfum.com”-ın Mütəxəssisləri adlandırılır. Portalda yerləşdirilmiş resurslar Mütəxəssislərimiz tərəfindən hazırlanır və bütün müəllif hüquqları qorunur. emmiparfum.com portalında olan məlumatlar yalnız online alış veriş prosesi məqsədini daşıyır.

Müəllif hüquqları
emmiparfum.com portalında yerləşdirilən bütün məhsulların, müəllif hüquqları “EMMI Perfumery and Cosmetics” MMC-yə məxsusdur.

İstifadəçi hesabları
emmiparfum.com-da qeydiyyatdan keçən zaman sizdən tam adınızı, şəxsiyyət vəsiqənizin seriya nömrəsini, elektron poçt (email) ünvanınızı, parol və emmiparfum.com tərəfindən toplanan digər müəyyən məlumatları (ümumilikdə “Hesab Məlumatları”) daxil edərək, hesab (“Hesab”) yaratmaq tələb olunur. Hesab yaratmaq üçün heç bir yaş məhdudiyyəti yoxdur. Qeydiyyat zamanı bizə təqdim etdiyiniz hesab məlumatlarınızın doğru, dəqiq, cari və tam olduğu ilə razılaşırsınız. Hesab giriş məlumatlarınızı başqasına ötürmək və ya bu məlumatlar ilə digər şəxsin bu Portaldan istifadə etməsinə şərait yaratmaq və ya birdən çox Hesab yaratmaq qəti qadağandır. Siz Hesab parolunuzun məxfiliyinin qorunub saxlanılması və hesabınızda baş verən bütün fəaliyyətlər üçün cavabdehlik daşıyırsınız. emmiparfum.com, Hesab Məlumatlarınızın təhlükəsizliyi ilə bağlı zəruri və ya əsaslı hesab etdiyiniz istənilən və bütün əməliyyatları yerinə yetirmək hüququna malikdir. Heç bir halda emmiparfum.com portalında Hesab məlumatlarından istifadə etməyiniz və ya hesabınızda olan məlumatların kimsə tərəfindən üçüncü tərəfə ötürülməsi ilə bağlı və ya bunun nəticəsində baş verən hər hansı zərər və ya öhdəlik üçün sizin qarşınızda cavabdehlik daşımayacaqdır. Siz heçbir halda başqasının hesabından istifadə edə bilməzsiniz.

Əmtəə və ticarət nişanları
emmiparfum.com portalında və ya Xidmətlərində nümayiş olunan müəyyən adlar, loqolar və digər materiallar “EMMI Perfumery and Cosmetics” MMC-nin, “EMMI Perfumery and Cosmetics” ticarət nişanının və ya digər qurumların əmtəə nişanları, ticarət adları, xidmət markaları və ya loqolarından təşkil oluna bilər. “EMMI Perfumery and Cosmetics” MMC-nin açıq yazılı icazəsi olmadan sizə həmin əmtəə və ticarət nişanlarından istifadə etmək icazəsi verilmir. Bütün belə əmtəə və ticarət nişanları və onlar ilə bağlı mülkiyyət hüququ “EMMI Perfumery and Cosmetics” MMC-yə və ya həmin digər qurumlara aiddir.

İstifadəçilər üçün giriş hüquqları
Biz sizin üçün Portaldan istifadə imkanı yaratmaqla sizə  Portala giriş və Xidmətlərdən yalnız şəxsi, qeyri–kommersiya məqsədilə və yalnız bu İstifadə Qaydalarında icazə verilən şəkildə istifadə etmək üçün məhdud, qeyri müstəsna, başqalarına ötürülə bilinməyən hüquq veririk (“Giriş hüquqları”). Biz öz ixtiyarımızla istənilən səbəbdən hər kəs üçün Portaldan və ya Xidmətlərdən istifadəni ləğv etmək və ya dayandırmaq hüququna sahibik. Siz aşağıdakıları etməyəcəyiniz və onları etməyə cəhd göstərməyəcəyiniz barədə razılaşırsınız:

1. Sayt və ya Xidmətlərdən hər hansı yerli, dövlət, milli və ya beynəlxalq qanunu pozmaq üçün istifadə etmək

2. Sayt və ya Xidmətlərin hər hansı proqram təminatı ilə pirat nüsxəsini əldə etmək, dizaynını dəyişmək, sökmək, hissələrə ayırmaq;

3. Sayt vasitəsilə virus və ya digər zərərli kompüter kodlarını yaymaq və ya digər şəkildə yuxarıda qeyd olunan istifadənin əhatə dairəsini aşacaq şəkildə Xidmətlərdən və Saytdan istifadə etmək.

Biz ciddi şəkildə ictimai kompüterlərdə Xidmətlərdən istifadə etməməyi tövsiyyə edirik. Biz, həmçinin ictimai kompüterlərdə veb brauzer və ya digər proqram təminatında hesab giriş məlumatlarını saxlamamağı da tövsiyyə edirik.