Menu
Sənin kartın

Bellapierre

Bellapierre

2005-ci ildə Bellapierre cosmetics şirkətinin təsisçisi Devid Oren, kosmetik vasitə və qulluq sahəsində yeniliyə imza ataraq, tam təbii tərkibli mineral kosmetik vasitə istehsal edən “Bellapierre” brendini yaradır. Kosmetik tendensiyaların təbii, üzvi məhsullara keçdiyini başa düşən David, məhsullarının 100% mineral olmasını qərara alaraq markasına Bellapierre (gözəl daş) adını verir. Yeni mineral kosmetik brend yaradarkən, David həkimlər-dermatoloqlar və kosmetoloqlar ilə sıx əməkdaşlıq edir, makiyaj və baxım vasitələrinin tərkibinə olduqca böyük zaman və diqqət ayırır.

Bellapierre kosmetikasını ilk olaraq Hollivud ulduzları sınayır, çünki tam təbii kosmetik vasitə hamı üçün əlçatan deyildi. Minerallarla zəngin kosmetika təkcə üzdəki qüsurları gizlətmir, həm də dəriyə gözəllik və sağlamlıq bəxş edir. Sonradan yeni texnologiyaların inkişaf etməsi sayəsində, mineral tərkibi qorunaraq qiymətlər münasibləşdirilir və lüks kosmetika bir çoxları üçün əlçatan olur.

2008-ci ildən 2012-ci ilə qədər hər il Bellapierre brendinin məhsulları təmizliyə və təhlükəsizliyinə görə Almaniyada keçirilən “Təbii Sağlamlıq və Gözəllik Mükafatı” beynəlxalq sərgisində yüksək mükafata layiq görülür, 2013-cü ildən isə brend “mineral kosmetika kraliçası” kimi tanınır. 2014-cü ildə “Ən yaxşı kosmetik seriya” nominasiyasının qalibi seçilir. Bellapierre iltihab əlehinə təsir edən, konservantlardan, ağırlaşdırıcı yağlardan, boyalardan, ətirlərdən və göz qapaqlarının tıxanmasına səbəb olan digər zərərli komponentlərdən azad 100% təbii kosmetikadır. 

Brend: BellaPierre
Blushing Palette - Ənlik Palitrası sevdiyiniz rənglərdən və mineral tərkibdən ibarətdir. İndi yeni rəng çalarlarıyla tamamlanan rahat, bərk palitra. Məxməri-yumşaq formulası qüsursuz qarışdırma yaradır və mükəmməl səth üçün kölgələrin asanlıqla qarışdırılmasına imkan verir. Bütün dəri rənglərin..
0,00AZN Vergiler Hariç:0,00AZN
Gösterilen: 1 ile 12 arası, toplam: 30 (3 Sayfa)