Menu
Sənin kartın

Məxfilik siyasəti

İstifadəçi barədə məxfilik necə qorunur?
“www.emmiparfum.com” Portalı vasitəsilə online (virtual) satış xidmətləri göstərən tərəf kimi, biz başa düşürük ki, sizin kart və özünüz haqqında olan məlumatlar şəxsi məlumatlardır. Buna görə də, biz, sizin şəxsi məlumatlarınızın məxfiliyini qorumağa çalışırıq. Biz davamlı olaraq inzibati, fiziki və texniki vasitələrlə həmin məlumatları qorumaq istiqamətində bütün zəruri tədbirlər görürük.

Şəxs haqqında məlumatlardan necə istifadə edirik?
Şəxsi məlumatlarınızı satış xidmətləri ilə sizi təmin etmək üçün istifadə edirik. Aşağıda həmin fəaliyyətlərə dair nümunələr təqdim olunur:
Online satışdan istifadə – Bizə təqdim etdiyiniz şəxsi məlumatların qeydiyyatını aparırıq. Bura sizin yazıldığınız ümumi məlumatınızı, biz digər şirkətlərə və ya müəssisələrə, üçüncü şəxslərə ötürmürük.
Keyfiyyətə nəzarət əməliyyatları – Şəxsi məlumatlar göstərdiyimiz xidmətləri təkmilləşdirmək, portalın işçi heyətini təlimatlandırmaq, keyfiyyəti qiymətləndirmək və müştəri xidmətlərini yaxşılaşdırmaq üçün istifadə edilir.

Biz həmçinin sizin şəxsi məlumatlarınızdan aşağıdakılar üçün istifadə edə bilərik:
Sui–istifadə və ya laqeydlik qurbanlarını qorumaq üçün səlahiyyətli orqanları məlumatlandırmaq
Saxtakarlıq və dələduzluq hallarının araşdırılması kimi nəzarət tədbirləri görmək
Hüquq–mühafizə orqanlarının rəsmilərinə və ya məhkəmə qərarlarına, məhkəmə çağırışlarına və ya qanunla müəyyən edilmiş digər proseslərə cavab vermək
Məxfilik və tədqiqat ehtiyaclarının tarazlaşdırılmasını təmin etmək məqsədilə daxili analiz protokollarından sonra araşdırma və tədqiqat aparmaq 

Topladığımız və ya saxladığımız şəxsi məlumatlara aşağıdakılar daxil ola bilər:
Adınız, yaşınız, cinsiniz, şəxsiyyət vəsiqəsi məlumatlarınız, epoçt ünvanınız, istifadəçi adınız, parolunuz və digər qeydiyyat məlumatları
Hansı İnternet Brauzerdən, istifadə etdiyiniz kompüter və ya mobil cihazın növü və Saytdan necə istifadə etdiyiniz haqqında digər məlumatlar kimi istifadə etdiyiniz kompüter və ya mobil cihaz haqqında məlumatlar
Sayt və ya əlaqədar xidmətlərdən istifadə etdiyiniz zaman daxil etdiyiniz digər məlumatlar.

Biz sizin Şəxsi Məlumatlarınızdan aşağıdakı məqsədlər üçün istifadə edə bilərik:
Sizi Xidmətlər ilə təmin etmək
Keyfiyyət üzrə analizlər və oxşar fəaliyyətləri yerinə yetirməklə online satış xidmətlərinin keyfiyyətini təkmilləşdirmək
Xidmətlərdən istifadə ilə bağlı məcmu statistika kimi müəyyən edilmiş məlumatlar hazırlamaq
Sayt yenilikləri mövcud olduqda sizə məlumat vermək
Saytı və Xidmətləri sizə təqdim etmək və təşviq etmək

Texnologiya vasitəsilə topladığımıız məlumatlar
Sayt və ya Xidmətlərdən istifadə etdikcə, müəyyən məlumatlar, Vahid Resurs Lokatorları (URL- lar) və üçüncü tərəf izləmə xidmətləri, o cümlədən aşağıdakılar haqqında naviqasiya məlumatları və müəyyən məlumatlar Cookies tərəfindən passiv şəkildə toplana bilər: 

o Saytın fəaliyyəti haqqında məlumatlar. Saytda apardığınız axtarışların məzmunu kimi Saytda yerinə yetirdiyiniz əməliyyatlardan bəzilərinin qeydini apara bilərik. 

o Giriş cihazı və brauzer məlumatları. Sayta kompüter və ya digər cihazdan daxil olduqda, biz, İnternet protokol ünvanınız, brauzer tipiniz, əlaqə / bağlantı sürəti və giriş vaxtları kimi həmin cihazdan anonim məlumatları toplaya bilərik (ümumilikdə “Anonim məlumatlar”). 

o Cookies. Biz Sayt və Xidmətlərdən istifadə edilməsini asanlaşdırmaq, reklamımızı daha yaxşı etmək və həm sizi, həm də EMMI Perfumery and Cosmetics –i qorumaq üçün həm sessiya Cookies – dən (veb brauzerinizi bağlayan vaxt qüvvədən düşən), həm də davamlı Cookies – dən istifadə edə bilərik. Siz seçimləri dəyişərək, Cookies–lərin qəbul edilməsini dayandırmaq və daxil olduğunuz vebsaytlardan Cookie qəbul etməzdən əvvəl sizi həvəsləndirmək barədə brauzerinizə göstərişlər verə bilərsiniz. Lakin siz Cookies-ləri qəbul etmədiyiniz halda, Sayta daxil olmuş vəziyyətdə qala bilməyəcəksiniz. Biz həmçinin Sayt və Xidmətlərdən istifadəni asanlaşdırmaq və məsələn istifadə modellərini ümumiləşdirməklə reklamlarımızı daha yaxşı etmək üçün Piksellərdən də istifadə edə bilərik. Hal–hazırda, biz, Saytımızın bütün hissələrində “İzləməyin” ("Do Not Track”) sorğularını təsdiq etmirik. 

o Real vaxt məkanı. Saytın müəyyən xüsusiyyətləri cihazınızın yeri haqqında real vaxt məlumatlarını toplamaq üçün GPS texnologiyasından istifadə edir ki, Sayt  sizin olduğunuz ölkədə Xidmətləri təmin etmək üçün lisenziyalaşdırılan və ya səlahiyyətli olan Tibb Mütəxəssisi ilə sizin aranızda əlaqə qura bilsin. Saytımızda Google Maps xidmətlərinə daxil olanda, siz, Google–nun Xidmətlər Şərtləri (Terms of Service) və Məxfilik Siyasəti (Privacy Policy) ilə razılaşmış olursunuz. 

o Mobil xidmətlər. Biz mobil cihazınızdan və ya kompüterinizdən qeyri – şəxsi məlumatları toplaya bilərik. Ümumiyyətlə, bu məlumatlar bizə sizin üçün ən müvafiq məlumatları çatdırmağa kömək etmək üçün istifadə edilir. Toplanıla və istifadə edilə biləcək məlumatlara dair nümunələrə sizin istifadə etdiyiniz cihazın və ya kompüterin növü haqqında məlumatlar və tətbiqdən (lərdən) necə istifadə etdiyiniz daxildir. Bundan əlavə, bizim tətbiq (lər) haqqında mobil cihazınıza məlumat gəldikdə, biz, mobil cihazınızın model proqram təminatı versiyası və cihaz daşıyıcısı haqqında məlumatlar qəbul edəcəyik, bu məlumatlar isə bizə problemləri müəyyənləşdirmək və aradan qaldırmaq və digər şəkildə tətbiqlərimizin performansını təkmilləşdirmək imkanı verir. 

o Analitika alətləri. Biz istifadəçilərin Saytdan necə istifadə etdiklərini analiz etməyə kömək etmək üçün Google Analytics kimi alətlərdən istifadə edirik. Bu üçüncü tərəflər bizim adımızdan istifadə və cihaz ilə əlaqəli məlumat və verilənləri toplaya və analiz edə bilmək üçün xidmətlərimizdə cookies, API və SDK–lərdən istifadə edə bilərlər. Google Analytics, AppsFlyer və Mixpanel istifadəçilərin Sayta neçə vaxtdan bir daxil olmaları, hansı səhifələrə baxmaları və Sayta daxil olmazdan əvvəl hansı digər saytlardan istifadə etdikləri barədə məlumatları toplamaq üçün Cookies – dən istifadə edirlər. Biz əldə etdiyimiz məlumatlardan Saytımızı və Xidmətlərimizi təkmilləşdirmək üçün istifadə edirik. Google Analytics növbəti dəfə Sayta daxil olduğunuz vaxt sizi unikal istifadəçi kimi müəyyənləşdirməkdən ötrü veb brauzerinizdə davamlı Cookie yaratsa da, Cookie, Google–dan başqa heç kim tərəfindən istifadə edilə bilməz. Google–un Google Analytics tərəfindən sizin Sayta daxil olmağınız haqqında toplanılan məlumatlardan istifadə etməsi və onları paylaşması Google Analytics – in İstifadə Qaydaları və Google–un Məxfilik Siyasəti ilə məhdudlaşdırılır.