Alexandre. J
Alexandre. J – Bu
qeyri-adiliyin və gözəlliyin peşəkar mütəxəssisidir. Alexander Jenkins gözəl rəssam,
modelyer və ətriyyatçıdır. Onun yaratdığı ətirlər reallığı xoş dalğaya çevirir,
ətir haqqında fikirlərimizə yenidən nəzər salmağa vadar edir.
Parfümer ABŞ əsillidir,
daha dəqiq desək Cənubi Bronksdandır. Yeniyetmə vaxtlardan dəbə, eleqant
dizaynlara marağı olan gənc, nümayişlərdə aktiv iştirak edir, həmçinin Nina
Ricci, Valentino, John Galliano, Hervé Léger, Alexander Mc Queen kimi
markalarla əməkdaşlıq edir. Belə görüşlərin birində beynəlxalq model
agentliyinin prezidenti Monique Pillard-ın diqqətini çəkir və dərhal ona nüfuzlu
iş təklifi edilir.
Beləliklə o, Parisə köçür və karyera zolağında irəliləməyə başlayır. Burada
o, öz geyim kolleksiyasını yaradır və dünya məşhurları ilə əməkdaşlıq edir.
Tezliklə Alexander özünü ətriyyat sahəsində sınamağa qərar verir və
2000-ci ildə parfümeriya şirkətinin əsasını qoyur. Fransız brendi parlaq və
yaddaqalan ətirlər yaratmaqla yanaşı, unikal dizaynı ilə diqqət çəkir və ətri
ilə bir çoxlarının favoritinə çevrilir. Ətir kolleksiyasında unisex ətirlərə
üstünlük verilsə də, kişi və qadın ətirlərinə də yer verilir.
Alexandre. J markasının hər bir ətrində fərdilik, xüsusilik və dəbdəbə
hiss olunur.